Modern.az

Xırdalanda yol qəzası - xəsarət alan var

Xırdalanda yol qəzası - xəsarət alan var

21 Yanvar 2021, 00:39

Abşeron rayonunda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az xəbər verir ki, hadisə Xırdalan şəhərində qeydə alınıb. Hərəkətdə olan minik avtomobili idarəetməni itirərək maneələrə çırpılıb.

 

Qəza zamanı avtomobildə olan sərnişin, 1989-cu il təvəllüdlü İbrahimov Xəyal Fazil oğlu ağır bədən xəsarətləri alıb. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

 

Müayinə zamanı ona döş qəfəsinin küt travması, hər iki baldırın və sol qolun çoxsaylı yerdəyişən sınıqları diaqnozları qoyulub. Yaralının vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib.

İlkin ehtimala görə hadisəyə səbəb yağışlı hava şəraiti olub.

 

Hadisənin təfərrüatı araşdırılır (report).

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir