Modern.az

Azərbaycanda problemli kreditlərin həcmi bu qədərdi

Azərbaycanda problemli kreditlərin həcmi bu qədərdi

21 Yanvar 2021, 10:12

2020-ci il dekabr ayının 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 14681,28 milyon manat təşkil edib.

 

Dövlət Statistika Komitəsindən (DSK) Modern.az-a verilən məlumata görə, ümumi kredit portfelinin 12174,81 milyon manatı və ya 82,9 faizi uzunmüddətli kreditlərin payına düşüb.

 

Kreditlərin 97,4 faizi banklar, 2,6 faizi isə bank olmayan kredit təşkilatları və kredit ittifaqları tərəfindən verilib.

 

Ödəmə vaxtı keçmiş kreditlərin məbləği 922,90 milyon manat olub və ümumi kredit portfelinin 6,3 faizini təşkil edib

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir