Modern.az

«Bu meydan, bu ekran – 2010» elan edildi

«Bu meydan, bu ekran – 2010» elan edildi

29 Yanvar 2010, 15:04

Kinematoqrafiya sahəsində çalışan gənc mütəxəssislərə özlərini sınamaq üçün imkan yaratmaq, yüksək səviyyəli filmlər yaratmaq, eləcə də uşaq mövzusuna kinematoqrafçıların diqqətini cəlb etmək, həmçinin audiovizual məhsul istehsalı ilə məşğul olan şirkətlərə dəstək vermək məqsədilə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi 2010-cu il yanvarın 28-dən aprelin 15-dək gənc kinematoqrafçılar üçün «Bu meydan, bu ekran – 2010» kino layihələri müsabiqəsi elan edib.  

Modern.az xəbər verir ki, Mədəniyyət və Turizm Nazitliyinin məlumatına görə, müsabiqəyə işləri film istehsalı ilə məşğul olan dövlət və müstəqil studiyalar, şirkətlər təqdim edə bilər.

Müsabiqəyə təqdim olunan sənədlər eyni deviz altında olan iki bağlı zərfdə  2010-cu il aprelin 15-dək Mədəniyyət və Turizm Nazirliyində qəbul olunacaq.

Üzərində deviz qeyd edilən birinci zərfə müəlliflərin adları qeyd edilməmək şərti ilə aşağıdakı sənədlər daxil edilir: - çəkilişi rəqəmsal daşıyıcıda nəzərdə tutulan, istənilən janr, format, uzunluqda olan  filmin ədəbi  ssenarisi; - filmin rejissoru (35 yaşa qədər olmalıdır), ssenari müəllifi və prodüserinin gələcək film haqqında hər biri 1 səhifəlik şərhləri; -  layihənin təxmini, lakin 30 min manatdan çox olmayan smeta dəyəri; - filmin istehsal müddəti haqqında məlumat.

Eyni deviz qeyd edildiyi ikinci bağlı zərfin içində müsabiqə iştirakçısı olan studiyanın, şirkətin adı, dövlət qeydiyyatı haqqında şəhadətnamənin surəti, poçt və bank rekvizitləri, həmçinin rejissorun, ssenari müəllifinin, prodüserin adları və əlaqə telefonları qeyd olunmalıdır. Sənədlər paketi tam olmadığı halda layihəyə baxılmayacaq.

Münsiflər heyətinin rəyi əsasında 5 ən yaxşı layihə, onlardan ikisi uşaq mövzusunda olmaq şərti ilə, müəyyən ediləcək.

2010-cu il ərzində qalib layihələr onları təqdim etmiş şirkətlərdə dövlət sifarişi ilə istehsalata buraxılacaq.

Qaliblərin adları 2010-cu il aprelin sonunda Mədəniyyət və Turizm Nazirliyinin saytında və «Mədəniyyət» qəzetində açıqlanacaq.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir