Modern.az

Azərbaycanla Türkmənistan arasındakı uzun illərin mübahisəsinə son qoyuldu

Azərbaycanla Türkmənistan arasındakı uzun illərin mübahisəsinə son qoyuldu

21 Yanvar 2021, 14:46

Türkmənistanın paytaxtı Aşqabad şəhərində “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumu” imzalanıb.

Modern.az xəbər verir ki, Memorandumu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Türkmənistanın xarici işlər naziri Rəşid Meredov imzalayıblar.

Qeyd edək ki, Azərbaycanla Türkmənistan arasında bu yataqla bağlı uzun illər mübahisə olub.

İki ölkənin dəniz sərhədində yerləşən bu yatağı Türkmənistan “Sərdar”, Azərbaycan isə “Kəpəz” adlandırırdı. Yatağın yerləşdiyi ərazini həm Türkmənistan, həm də Azərbaycan özünün dəniz ərazisi hesab edirdi.

Nəhayət hər iki ölkə ortaq məxrəcə gəldi və yatağa ortaq ad verildi – “Dostluq”.

Beləliklə, Memarandumun imzalanması ilə mübahisəyə də son qoyuldu.

Twitter
Sizə yeni tvit var
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı