Modern.az

Hərbi Prokurorluğun istintaq qrupu N saylı hərbi hissədədir

Hərbi Prokurorluğun istintaq qrupu N saylı hərbi hissədədir

29 Yanvar 2010, 16:14

Respublika Hərbi Prokurorluğu Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində baş verən hadisə ilə bağlı məlumat yayıb. Respublika Hərbi Prokurorluğunun mətbuat xidmətinin məlumatına görə, Müdafiə Nazirliyinin Daşkəsəndəki “N” saylı hərbi hissəsində baş vermiş hadisə ilə bağlı Cinayət Məcəlləsinin 120.2.1-ci (bir qrup şəxs qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birliklə tərəfindən adam öldürmə) 120.2.3-cü (zərərçəkmiş şəxsin vəzifəli şəxsin və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumunu öldürmə) və 120.2.7-ci (iki və daha çox şəxsi öldürmə) maddələri ilə cinayət işi başlanıb. Respublika hərbi prokurorunun müavini Şəfahət İmranovun rəhbərlik etdiyi istintaq qrupuna Respublika Hərbi Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin mühüm işlər üzrə müstəntiqləri, kriminalist prokuroru və Gəncə Hərbi Prokurorluğunun əməkdaşları daxildir. İstintaq qrupu hazırda hadisə yerində araşdırma həyata keçirir.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, yanvarın 28-də saat 18.00 radələrində N saylı hərbi hissədə 2 əsgərin avtomat silahdan açdığı atəş nəticəsində 4 hərbi qulluqçu həlak olub, 2-si isə yaralanıb. Həmin əsgərlər daha sonra özlərini güllələyərək öldürüblər.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi