Modern.az

N saylı hərbi hissədə güllələnənlərin 4-ü zabitdir (yenilənib)

N saylı hərbi hissədə güllələnənlərin 4-ü zabitdir (yenilənib)

29 Yanvar 2010, 16:31

Daşkəsəndəki N saylı hərbi hissəsində baş vermiş silahlı insident zamanı ölən zabitlərin adları açıqlanıb. Modern.az xəbər verir ki, hərbi mənbənin Trend-ə bildirdiyinə görə, hadisə zamanı zabitlər -

divizion komandiri polkovnik-leytenant Yusif Cumayev, kapitan Vasif Sadıqov, Anar Quliyev, gizir Elgün Səmədov ölüb.

Mayor Vaqif Babayev və müddətdən artıq hərbi xidmətdə olan Samir Abbasov yaralanıb.

Hadisəni törətmiş əsgərlər Bakının Yasamal rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılmış Elxan Əzizov, Nəsimi rayon Hərbi Komissarlığından hərbi xidmətə çağrılmış Sadiq Məmmədov ölüb.

Hərbi mənbənin verdiyi məlumata görə, əsgərlər zabitlərin olduğu otağa girərək onları avtomat silahla qətlə yetiriblər. Müdafiə nazirinin müavini Çingiz Məmmədov və digər rəsmi şəxslərin hərbi hissədə olduğu bildirilir. Yanvarın 28-də saat 18.00 radələrində Daşkəsən rayonundakı N saylı hərbi hissədə 2 əsgərin avtomat silahdan açdığı atəş nəticəsində 4 hərbi qulluqçu həlak olub, 2-si isə yaralanıb. Sonra əsgərlər özlərini güllələyərək öldürüblər. Respublika Hərbi Prokurorluğunun məlumatına görə, faktla bağlı Hərbi Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin 120.2.1 (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə), 120.2.3 (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürmə), 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddələri ilə cinayət işi başlanıb. Respublika hərbi prokurorunun müavini Şəfahət İmanovun rəhbərliyi ilə istintaq qrupu yaradılıb və qrup hazırda hadisə yerindədir.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir