Modern.az

Brüsseldə Dağlıq Qarabağ münaqişəsi müzakirə olunub

Brüsseldə Dağlıq Qarabağ münaqişəsi müzakirə olunub

29 Yanvar 2010, 17:36

Brüsseldə səfərdə olan ATƏT-in hazırkı sədri, Qazaxıstanın xarici işlər naziri Kanat Saudabayev  Avropa parlamentinin sədri Eji Buzeklə Qafqazdakı dondurulmuş münaqişələri müzakirə edib. Modern.az Qazaxıstanın "Kazinform" saytına istinadən xəbər verir ki, görüş zamanı ATƏT sədri fevralın ortalarında Azərbaycan, Gürcüstan və Ermənistana səfər edəcəyini deyib. Eji Buzek qeyd edib ki, Qazaxıstanın ATƏT sədrliyi çox ciddi faktordur, çünki dondurulmuş münaqişələr də daxil bir sıra ciddi problemləri həll etmək lazımdır.       

Buzek Avropa İttifaqının Qafqazdakı münaqişələrin həllinə tam dəstəyini və Avropa parlamentinin bu məsələdə fəal mövqe tutacağını bəyan edib

 

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır