Modern.az

Azərbaycan Rusiya ilə danışıqlara başlayır - Pomidor ixracı bərpa olunur

Azərbaycan Rusiya ilə danışıqlara başlayır - Pomidor ixracı bərpa olunur

İqtisadiyyat

25 Yanvar 2021, 10:20

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti ("Rosselxoznadzor") Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi ilə yanvarın 26-da danışıqlar aparacaq.

 

Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, tərəflər Azərbaycandan Rusiyaya pomidor tədarükü ilə bağlı vəziyyəti müzakirə edəcəklər.

 

Xatırladaq ki, Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti Azərbaycanın daha 5 pomidor istehsalçısına ölkəyə məhsul ixracı ilə bağlı qadağa qoyub. Həmin şirkətlər “Binə Aqro” QSC, “Aqro-Favorit”, “Agroterm” və “Xızı Aqropark” MMC-lər, eləcə də fiziki şəxs Vilayət Rüstəm oğlu Məmmədovdur.

 

Bu istehsalçıların məhsulunda təhlükəli zərərvericilər aşkar olunduğu bildirilir.

 

Hazırda Azərbaycanın 33 sahibkarlıq subyektinin Rusiyaya pomidor ixrac etməyə icazə verilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır