Modern.az

Nabukko Azərbaycan və İraq qazı ilə işləyəcək

Nabukko Azərbaycan və İraq qazı ilə işləyəcək

29 Yanvar 2010, 17:39

Nabukko proyektinin  təşəbbüskarı Avstriyanın OMV şirkəti qeyd edir ki, ilkin mərhələdə qaz kəməri Azərbaycan və İraq qazı ilə doldurulacaq.  Modern.az “Kommersant”a istinadən xəbər verir ki, Avstriya şirkəti hesab edir ki, bu kəməri rentabelli edəcək.    “Kommersant”ın yazdığına görə, Rusiyadan yan keçməklə Türkiyə üzərindən Avropaya uzanan Nabukko kəməri Orta Asiya ölkələrindən qaz almaq fikrindən daşınıb. OMV şirkətində qeyd edirlər ki, Nabukko 2015-ci ildən başlayaraq “Şahdəniz” və İraqın şimalındakı  yataqlardan  8 milyard kub.metr mavi yanacaq ixrac edə biləcək. Bütövlükdə isə Nabukko ilkin mərhələdə Avropaya 17 milyard kub.metr qaz ixrac edəcək, baxmayaraq ki, kəmərin daşıma qabiliyyəti 31 milyard kub.metr təşkil edir.

    

 

Whatsapp
Bizə yazın!
Keçid et
Moskva və vilayətlərə hücum oldu: Dəhşətli partlayışlar var