Modern.az

Azərbaycan Livana NOTA VERİB

Azərbaycan Livana NOTA VERİB

25 Yanvar 2021, 14:56

İkinci Qarabağ müharibəsi zamanı Livanda yaşayan 100-lə erməni Qarabağda Ermənistanın tərəfindən döyüşüb. Hətta müharibə gedən ərəfədə “Reuters” agentliyi də digər ölkələrin vətəndaşları olan ermənilərin Dağlıq Qarabağda döyüşmək üçün bölgəyə getdikləri haqda informasiya yayıb.


Livan ermənilərinin Qarabağda döyüşməsi  ilə bağlı sənədləşdirilmiş faktlar da mövcuddur.


Bəs Azərbaycanın Livandakı səfirliyi faktlarla bağlı Livan hökumətinə etiraz notası veribmi?


Azərbaycanın Livandakı səfiri Ağasəlim Şükürov mövzu ilə bağlı Modern.az-a danışıb.


Səfir bildirib ki, məsələdən xəbər tutan kimi Livan hökumətinə etiraz notası yazıb:


“Dərhal məsələyə etirazımızı bildirmişik. Ancaq bu məsələdə  Livan hökuməti ermənilərə heç nə edə bilmir. Hazırda Livanda 120 mindən çox erməni yaşayır. Livanda ikili vətəndaşlıq mövcud olduğundan burada yaşayan ermənilərin hamısının Ermənistan pasportu da var”.


Livandakı səfirimiz Livan ermənilərinin Qarabağda döyüşməsini qətiyyətlə psiləyib.


“Yerevan-Beyrut reysi var. Livanda yaşayan ermənilər həmin reysdə Ermənistan pasportu ilə birbaşa Yerevana uçurlar. Bəli, Vətən müharibəsi zamanı Livan erməniləri ikili vətəndaş kimi Qarabağda vuruşublar. Hətta onlar Ermənistan vətəndaşı olsalar da, Qarabağ Azərbaycan ərazisidir, gedib başqa dövlətdə vuruşmaları cinayətdir. Onlar Qarabağa getmək üçün Azərbaycandan ya viza, ya da icazə almalıdırlar. İstənilən halda Livan ermənilərinin Qarabağda döyüşməsinə etiraz etmişik”,-səfir əlavə edib.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir