Modern.az

İnterpol yeni təhlükə barədə xəbərdar edir

İnterpol yeni təhlükə barədə xəbərdar edir

Təhsil

29 Yanvar 2010, 17:45

Davos İqtisadi Forumunda çıxış edən İnterpolun rəhbəri Ronald Noubl bəyan edib ki, sənədlərin saxtalaşdırılması nəqliyyatda təhlükəsizliyə qlobal qorxu törədir. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, Noubl qeyd edib ki, son bir ildə bütün dünya üzrə 500 milyondan artıq sərnişinin sənədləri İnterpol vasitəsilə yoxlanılıb. İnterpola 11 milyon oğurlanmış və itirilmiş pasportlar barədə məlumat daxil olub. Associated Press –ın məlumatına görə,  Noubl qeyd edib ki, bu saxta sənədlərdən terrorçular beynəlxalq səfərlərdə istifadə edə bilərlər.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!