Modern.az

Yeni rabitə naziri kimdir? - DOSYE

Yeni rabitə naziri kimdir? - DOSYE

İqtisadiyyat

26 Yanvar 2021, 13:46

Bu gün Prezident İlham Əliyevin sərəncamı ilə Rəşad Nəbi oğlu Nəbiyev "Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad olunaraq Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin edilib.


Modern
.az-ın məlumatına görə, Rəşad Nəbiyev Prezidentin 2011-ci il 24 yanvar tarixli sərəncamı ilə “Azərkosmos”un sədri təyin edilmişdi.

O, “Azərkosmos”a sədr təyin edilməzdən əvvəl, 2004-2011-ci illərdə, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Maliyyə, uçot və iqtisadi təhlil şöbəsinin müdiri vəzifəsində çalışıb.

2002-2004-cü illərdə Mərkəzi Bankın Bazar əməliyyatları departamentində, 1997-2000-ci illərdə isə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatında İnformasiya resursları və texnologiyaları mərkəzində və Xarici əlaqələr şöbəsində işləyib.

1994-2000-ci illərdə Azərbaycan Respublikası Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasında təhsil alaraq Dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə bakalavr və magistr dərəcəsi alıb.

2000-2002-ci illərdə ABŞ-ın Şərqi Karolina Universitetində iqtisadiyyat üzrə magistr dərəcəsinə yiyələnib.

Daha sonra R.Nəbiyev təhsilini Harvard Universitetinin Kennedi İdarəçilik Məktəbində davam etdirərək 2006-cı ildə “Yüksək vəzifəli icraçı şəxslər üçün Dövlət maliyyə idarəetməsi proqramı”nı bitirib.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?