Modern.az

Nəsimi rayonundakı beşmərtəbəli yaşayış binasında partlayış

Nəsimi rayonundakı beşmərtəbəli yaşayış binasında partlayış

29 Yanvar 2010, 17:58

Yanvarın 29-da Bakı şəhəri, Nəsimi rayonunda beşmərtəbəli yaşayış binasının sonuncu mərtəbəsində yerləşən mənzillərdən birində partlayış baş verməsi barədə Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olub. Dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb.
Modern.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, partlayış zamanı həmin mənzildə mətbəxin pəncərəsi çərçivədən cıxaraq binanın qarşısında dayanmış "BMW" markalı avtomobilin üzərinə düşüb, mənzildə olan 1 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb, qonşu mənzildə tavanın kiçik fraqmentləri qoparaq tökülüb və orada olan 1 nəfər bədən xəsarəti alıb.
Yanğın hadisəsi olmayıb. Xilasedicilər hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görüb, zərərçəkmişlərə ilkin tibbi yardın göstərdikdən sonra onları aidiyyəti üzrə təhvil verib, həmçinin, müvafiq qurumların mütəxəssiləri ilə birgə hadisə yerinə əlavə baxış keçirərək təhlükənin aradan qaldırıldığı müəyyən edilib. Əməliyyat saat 13:53-də başa çatıb. İlkin ehtimala görə, partlayışa məişət qazının sızması səbəb olub.
 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır