Modern.az

Müdafiə Nazirliyi ölən və yaralanan hərbçilərin adlarını açıqladı

Müdafiə Nazirliyi ölən və yaralanan hərbçilərin adlarını açıqladı

29 Yanvar 2010, 18:16

Müdafiə Nazirliyi Daşkəsəndəki N saylı hərbi hissədə baş vermiş silahlı insident zamanı ölən və yaralananların adlarını açıqlayıb. Nazirliyin mətbuat xidmətindən daxil olan məlumatda ölən və yaralananlar aşağıdakılardır.

Öldürülən hərbi qulluqçular:

Gümayev Yusif Sadəddin oğlu (1973-cü il, 1990-ci il avqustunda Şəki rayon Hərbi Komissarlığndan çağrılıb), Sadıxov Vasif Miraləm oğlu (1974-cü il, iyul 1992 Ağdaş RHK), Quliyev Anar Ələddin oğlu (1985-ci il, iyul 2002 Lənkəran RHK), Səmədov Elgün Loğman oğlu (1989-cu il, avqust 2007 Hacıqabul RHK).

Yaralananlar:

Babayev Valeh Məhəmməd oğlu (1975-ci il, avqust 1993 Göyçay RHK), Abbasov Samir Eyvaz oğlu (1985-ci il, oktyabr 2008 Daşkəsən RHK)

Özlərini öldürən əsgərlər:

Əzizov Elxan Bəyalı oğlu (1990-cı il, yanvar 2009 Bakı, Yasamal RHK), Məmmədov Sadiq Etibar oğlu (1991-ci il, oktyabr 2009 Bakı, Nəsimi RHK).

Xatırladaq ki, yanvarın 28-də saat 18.00 radələrində Daşkəsən rayonundakı N saylı hərbi hissədə 2 əsgərin avtomat silahdan açdığı atəş nəticəsində 4 hərbi qulluqçu həlak olub, 2-si isə yaralanıb. Həmin əsgərlər daha sonra özlərini öldürüblər. Respublika Hərbi Prokurorluğu Daşkəsəndəki “N” saylı hərbi hissəsində baş vermiş hadisə ilə bağlı Cinayət Məcəlləsinin 120.2.1-ci (bir qrup şəxs qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birliklə tərəfindən adam öldürmə) 120.2.3-cü (zərərçəkmiş şəxsin vəzifəli şəxsin və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumunu öldürmə) və 120.2.7-ci (iki və daha çox şəxsi öldürmə) maddələri ilə cinayət işi başlanıb. Respublika hərbi prokurorunun müavini Şəfahət İmranovun rəhbərlik etdiyi istintaq qrupuna Respublika Hərbi Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin mühüm işlər üzrə müstəntiqləri, kriminalist prokuroru və Gəncə Hərbi Prokurorluğunun əməkdaşları daxildir. İstintaq qrupu hazırda hadisə yerində araşdırma həyata keçirir.

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır