Modern.az

VI "Florida Keys" beynəlxalq musiqi müsabiqəsi açıq elan olunub

VI

Diaspor

27 Yanvar 2021, 14:54

 

Azərbaycanın görkəmli bəstəkarı Cövdət Hacıyevin şərəfinə keçirilən VI "Florida Keys" beynəlxalq musiqi müsabiqəsi onlayn formatda açıq elan olunub. 

 

ABŞ-ın Florida ştatının Aventura şəhərində təşkil olunan müsabiqədə iştirak etmək üçün yanvarın 23-dən iyunun 12-dək müraciət etmək mümkündür. Müsabiqənin şərtlərinə əsasən, 5-35 yaş həddində olan musiqiçilər ifa etdikləri əsərləri onlayn formatda təşkilatçılara təqdim etməlidirlər. Müxtəlif nominasiyalar üzrə qalibləri məşhur ifaçılar və müəllimlərdən ibarət münsiflər heyəti müəyyənləşdirəcək. Sonda qaliblərə mükafatlar veriləcək.

 

Müsabiqənin təşkilatçısı – bəstəkarın qızı, Florida ştatında fəaliyyət göstərən Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyası nəzdində təhsil və mədəniyyət komitəsinin sədri Pərvin Muradovadır. Müsabiqənin məqsədi dünyanın hər yerindən istedadlı pianoçuların üzə çıxarılması, Azərbaycanın zəngin musiqi mədəniyyətinin təbliğ edilməsidir.

 

Müsabiqə barədə ətraflı məlumatı //www.floridakeyscompetition.com/ linki vasitəsilə əldə etmək mümkündür.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir