Modern.az

Qarabağa investisiya qoymaq istəyən sahibkarların sayı AÇIQLANDI

Qarabağa investisiya qoymaq istəyən sahibkarların sayı AÇIQLANDI

İqtisadiyyat

28 Yanvar 2021, 11:56

Qarabağda investisiyaların qoyulması üçün bu günə qədər 80-ə yaxın sahibkar tərəfindən müraciət daxil olub.

 

Modern.az xəbər verir ki, bunu Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri vəzifəsini icra edən Yusif Abdullayev qurumun 2020-ci il üzrə fəaliyyəti, bu il görüləcək işlər və keçirilməsi nəzərdə tutulan sərgilər, ixrac missiyaları barədə onlayn mətbuat konfransda deyib. O bildirib ki, müraciətlər əsasən yerli sahibkarlar tərəfindəndir.


Yusif Abdullayev qeyd edib ki, İqtisadiyyat Nazirliyində bununla bağlı front ofis yaradılıb:

 

“Bu ofis daxil olan bütün müraciətləri emal edir və icraya göndərir.Müraciətlər əsasən daxili sahibkarlar tərəfindəndir. Amma xarici investisiyaların da cəlb edilməsi nəzərdə tutulur. Lakin bunun üçün təhlükəsizlik məsələləri həll edilməlidir. Orada baş verənlər foto və videoya alındıqdan, ərazilər minalardan tam təmizləndikdən sonra xarici investorlar cəlb edilə bilər. Bütün bu proseslər başa çatdıqdan sonra xarici inevstorların dəvət olunması daha geniş şəkildə həyata keçiriləcək”.

 

Y.Abdullayevin sözlərinə görə, Qarabağa invesitiya qoyan sahibkarlar üçün yeni yaradılacaq sənaye məhəllələrində əlavə imtiyazlar verilə bilər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı