Modern.az

Ərzaq malları bahalaşır, yumurta da QITLAŞIR...

Ərzaq malları bahalaşır, yumurta da QITLAŞIR...

İqtisadiyyat

29 Yanvar 2021, 10:25

Rəsmilər benzin və dizelin bahalaşmasının hər nə qədər ərzaq qiymətlərinə təsir etməyəcəyini bəyan etsələr də, yanvar ayının 15-dən sonra mağaza və marketlərdə ərzaq mallarının qiymətləri sürətlə qaldırılır. Bəzi məhsullar 2-3 qəpik deyil, 1-2 manat həcmində bahalaşıb. Hətta ölkəmizdə istehsal edilən yumurta belə, bu bahalaşma fonunda qıtlaşmağa başlayıb.

 

Modern.az-ın əməkdaşı yanvarın 28-də Bakıdakı "Bravo" supermarketində - yumurtanın limitlə satıldığının şahidi olub.


Belə ki, Azərbaycanda ən böyük mağazalar şəbəkəsində bir müştəriyə 30-dan artıq yumurta satılmır.

Bəzi mağazalarda isə ümumiyyətlə yumurta tapmaq müşkülə çevirilib. Satıcılar bunu yumurtanın az istehsal olunması ilə əlaqəndiriblər.

Məsələn, son günlər “Araz” Supermarketlər şəbəkəsinin şəhərin müxtəlif yerlərindəki satış nöqtələrində axşam saatlarında yumurta qəhətə çıxır.


Azərbaycan Respublikası Quşçular Cəmiyyətinin sədri Aydın Vəliyev Modern.az-a açıqlamasında deyib ki, yumurta istehsalında azalma yoxdur:


“Ayrı-ayrı mazağalar yumurtanı bağladıqları müqaviləyə əsasən alır. Ola bilər ki, tələbat artanda satışı tənzimləmək üçün belə bir üsula əl atıblar. Amma ümumilikdə istehsal həmişəki qaydadadır və yumurta xaricə ixrac edilmir”.

 

Yumurta qiymətlərinə gəldikdə, sədr deyib ki, ölçüsündən asılı olaraq, qiymətlər dəyişir:

 

“Yumurtaya müəssisədə çeşidlənərkən müxtəlif xüsusiyyətlərinə - iriliyinə, xırdalığına və s. görə fərqli qiymətlər qoyulsa da, satış mərkəzlərində bütün çeşiddə olan yumurtalar qarışdırılaraq eyni qiymətə satılır. Tutaq ki, satışa üç-dörd çeşiddə yumurta verilir. Marketlər yumurtanı müəssisədən fərqli qiymətə alır, amma qarışdırıb hamısını çeşidinə görə daha bahalı olan yumurtanın qiymətinə satır. Mağaza 10 qəpiyə aldığı yumurtanı, 12-13 qəpiyə aldığı yumurtanın qiymətinə satır. Buna isə biz cavabdeh deyilik”.

 

Cəmiyyət sədri vurğulayılb ki, hazırda quşçuluq müəssisələrində yumurtanın satış qiymətləri çeşidinə görə 12-13-14 qəpik arasında dəyişir. Quş əti isə 2.80, 3 manat 30 qəpik və s. qiymətlərdə satılır.


A.Vəliyev onu da bildirib ki, ölkəyə xaricdən gətirlən toyuq ətinə qoyulmuş gömrük rüsumunun artırılmasının yerli quşçuluq bazarına müsbət təsirini hələ bir neçə aydan sonra görmək mümkündür:

"Bazarlara əvvəlldən o qədər çox məhsul doldurulub ki, bəlkə onları gələn ilin aprel-may aylarına qədər ancaq satıb qurtarmaq mümkündür".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi