Modern.az

Resbublika Hərbi Prokurorluğunun 11 əməkdaşı cəzalandırılıb

Resbublika Hərbi Prokurorluğunun 11 əməkdaşı cəzalandırılıb

29 Yanvar 2010, 19:44

Respublika Hərbi Prokurorluğunda 2009-ci ilin yekunlarına həsr olunmuş kollegiya iclası keçirilib. Hərbi Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, iclasda çıxış edən respublikanın hərbi prokuror Xanlar Vəliyev deyib ki, Azərbaycan hərbi birləşmələrində ötən il ərzində qeyri-hərbi cinayətlər və şəxsiyyət əleyhinə cinayətlər 13,5 faiz artıb.

X.Vəliyev bildirb ki, həmin cinayətləri doğuran səbəb və şəraitin aradan qaldırılması üzrə qabaqlayıcı tədbirlərin görülməsi üçün tədbirlər görülür.

Ötən dövrdə hərbi birləşmələrdə tabelik qaydaları əleyhinə cinayətlər, hərbi xidmətdən yayınma, fərarilik, hərbi hissəni və ya xidmət yerini özbaşına tərketmə cinayətlərinin sayı azalıb.

X.Vəliyev qeyd edib ki, 2008-ci ilə nisbətən ötən il hərbi xidmət əleyhinə cinayətlər 0,9 faiz, tabelik qaydaları əleyhinə cinayətlər 11,4 faiz, hərbi xidmətdən yayınma cinayətləri 19,9 faiz, fərarilik 63,1 faiz azalıb. Qeydə alınmış cinayətlərin 99,7 faizinin açılması təmin olunub.

Ötən il prokurorluq işçisinə yaraşmayan hərəkətlərə yol verdiyi üçün hərbi prokurorluq orqanlarının 2 əməkdaşı intizam məsuliyyətinə cəlb edilməklə prokurorluq orqanlarından xaric olunub, 9 əməkdaş intizam məsuliyyətinə cəlb olunub.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?