Modern.az

Mərkəzi Bankın yeni binası hansı vəsaitlə tikiləcək? - AÇIQLAMA

Mərkəzi Bankın yeni binası hansı vəsaitlə tikiləcək? - AÇIQLAMA

29 Yanvar 2021, 15:27

“Mərkəzi Bank yeni inzibati binanı öz vəsaitləri hesabına tikəcək”.

Modern.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov bildirib.

E.Rüstəmov qeyd edib ki, binanın tikintisi 3-4 il ərzində yekunlaşacaq:

“Yeni bina Mərkəzi Bank tərəfindən qazanılmış vəsait hesabına tikiləcək. Onu da bildirim ki, tərəfimizdən büdcəyə son 3 ildə 7,8 milyard manatlıq vəsait köçürülüb”. 


Qeyd edəki ki, “Tekfen İnşaat Şirkəti”nin Azərbaycan Mərkəzi Bankının yeni tikiləcək inzibati binasının 218 milyon avroya başa gələcəyilə bağlı yaydığı məlumat geniş müzakirələrə səbəb olub. İnşaat şirkətinin rəhbəri Mustafa Kopuzun bildirdiyinə görə, 36 ayda tamamlanması gözlənilən bina 168 metr hündürlüyündə, 67 981 kvadrat metrlik ərazidə 37 mərtəbədən ibarət olacaq.

Mərkəzi Bank üçün yeni inzibati binanın tikintisinə dair qərarı Nazirlər Kabineti hələ 2011-ci ildə verib. Bu məqsədlə Heydər Əliyev prospektində müvafiq torpaq sahəsi də ayrılıb.

Məlumata görə, yeni bina Bakının Nizami rayonunda, Heydər Əliyev Prospekti-109 ünvanda yerləşəcək.

 

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir