Modern.az

Haqqında ilginc şayiələr dolaşan “N-Brothers”in prodüseri danışdı

Haqqında ilginc şayiələr dolaşan “N-Brothers”in prodüseri danışdı

15 Avqust 2012, 15:32

Başıbəlalı “N-brothers” qrupunun prodüseri Namiq Qafarov haqqında yenə də bəzi şayiələr dolaşır. Modern.az xəbər verir ki, sosial şəbəkələrdə yaılan məlumata görə, prodüser banklardan birindən kredit götürüb və krediti ödəyə bilmədiyi üçün yaşadığı evi satmaq məcburiyyətində qalıb. Bundan başqa, bu məsələlərə görə, Namiqin ailəsində də problemlər yaranıb və buna görə də həyat yoldaşından ayrılacağı gözlənilir.

Modern.az-a bütün bu məsələlərlə bağlı danışan prodüser bütün bunların şayiə olduğunu bildirib. “Bunları məni gözü götürməyən, məni istəməyənlər çıxardıb. Hamısı yalandır. Mənim 3 evim var, kirayədədir. Əvvəl iki evim var idi, indi də birini almışam, oğlum üçün”.
Ailə məsələsinə də toxunan tanınmış prodüser qeyd edib ki, çox xoşbəxt evliliyi var.
“22 ildir ki, evliyəm. Çox xoşbəxtəm, yoldaşımın da adı Nəzakətdir. İstəyirsinizsə, buyurun gəlin qonaq olun”.

Sevinc İltifatqızı
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi