Modern.az

Keyfiyyətli dizel bu tarixdən istehsal olunacaq - Rəsmi

Keyfiyyətli dizel bu tarixdən istehsal olunacaq - Rəsmi

İqtisadiyyat

1 Fevral 2021, 14:00

2020-ci ildə Covid-19 pandemiyası layihənin bir qədər gecikməsinə səbəb olmuş və yeni qrafikin qəbul olunması labüdləşib. 2020-ci ildə aparılan texniki təftiş və modelləşmə işləri nəticəsində layihənin cari mərhələsi çərçivəsində NEZ-də Avro 5 benzin istehsalının təmin edilməsi məqsədi ilə 3 yeni qurğunun – amin təmizləmə (maye qazların kükürddən təmizlənməsi), LPG Merox (maye qazların ilkin təmizlənməsi və merkaptanlardan təmizlənməsi), benzin hidrotəmizləmə (katalitik krekinq qurğusundan alınan benzin fraksiyasının hidrotəmizlənməsi) qurğularının inşasının vacibliyi müəyyənləşdirilib. Bu qurğunun inşası Avro 5 keyfiyyətinə cavab verən benzinin istehsalı baxımından zəruridir.

 

SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili İdarəsindən Modern.az-a verilən məlumata görə, Neft Emalı Zavodunda (NEZ) Avro 5 tələblərinə cavab verən dizel istehsalına başlanılması 2022-ci ilin ortalarına nəzərdə tutulur:

 

Sonrakı dövrdə yeni qurğuların ard-arda istismara verilməsi ilə istehsal olunan benzinin də keyfiyyətinin tədricən artırılması və 2023-cü ildə Avro 5 standartına çatdırılması planlaşdırılır. Bununla modernizasiyanın hazırkı mərhələsi başa çatdırılacaq. Bundan sonra NEZ-də Ai-92 və Ai-95 markalı benzin istehsal olunacaq”.

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır