Modern.az

Britaniya mətbuatında Şuşa haqqında məqalə

Britaniya mətbuatında Şuşa haqqında məqalə

1 Fevral 2021, 14:10

Böyük Britaniyada fəaliyyət göstərən soydaşımız Ülvi Pepinovanın "Azerbaijan in Focus" xəbər portalında “Şuşa – Azərbaycanın mənəvi, musiqi və mədəniyyət beşiyidir” adlı məqaləsi yerləşdirilib.

 

Məqalədə "Qafqazın konservatoriyası" adlandırılan Şuşa şəhərinin tarixi, milli-mədəni irsi, Azərbaycanın görkəmli şairlərinin, bəstəkarlarının və musiqiçilərinin vətəni olduğu barədə ətraflı məlumat verilib. 

 

Ermənistanın 28 illik işğalı dönəmində Şuşanın mədəni soyqırıma məruz qaldığı, azərbaycanlıların tarixi irsinin bu şəhərdən də silinməsinə cəhd edildiyi nəzərə çatdırılıb: "Şuşanın, eləcə də bütün Qarabağ bölgəsində tarixi-mədəni irsin dağıdılmasından çox kədərlənən azərbaycanlılar hazırda xarabalıqlardan ibarət olan bu yerlərin bərpa olunmasının yeni dövrünə qədəm qoyurlar". 

 

Xan qızı, şairə Xursidbanu Natəvanın, dahi bəstəkar Üzeyir Hacıbəyovun və məşhur müğənni Bülbülün ermənilər tərəfindən güllələnmiş büstlərinin artıq Şuşaya qaytarıldığı, bu addımın öz evlərindən qovulmuş milyona yaxın azərbaycanlının uzun illər həsrətində olduğu Şuşaya və bütün Qarabağa tezliklə dönəcəyinin rəmzi kimi qəbul edildiyi vurğulanıb.

 

Məqaləni daha ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:

 

//azerfocus.com/shusha-the-spiritual-musical-and-artistic-genesis-of-azerbaijan/?fbclid=IwAR0EYk2R8eOZScWsG0AZ_0Ume68j16I2gg93FmLwmaxqsP13m5sJOXvoCUw

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir