Modern.az

EMK: “Ermənistanın bandit rejimi bütün dünya üçün həyasız çağırışdır”

EMK: “Ermənistanın bandit rejimi bütün dünya üçün həyasız çağırışdır”

Təhsil

30 Yanvar 2010, 13:19

 “Ermənistanın bandit rejimi bütün dünya üçün həyasız çağırışdır”. Modern.az erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə Erməni Milli Konqresinin (EMK) yaydığı bəyanatda bildirilir. EMK həbsdən azad olunmuş siyasi dustaq Mkrtıç Sapeyanın saxta ittihamlar əsasında, törətmədiyi cinayətə görə cəza çəkdiyini bildirib.  EMK  “Araqast” kafesində 100 nəfərin gözü qarşısında əsl qatilin günahsız insanı qətlə yetirməsi faktına  diqqət çəkərək onun nəinki məhkəmə önünə çıxarıldığını, hətta 2 il şərti cəza alaraq faktiki olaraq azadlığa buraxıldığın qeyd  edir.   Bu yalnız ona görə baş verib ki, Sapeyan müxalifətçi namizədi dəstəkləyib, günahsız insanı qətlə yetirmiş “Kuka” ləqəbli qatil isə Robert Köçəryanın şəxsi mühafizə dəstəsinin rəisidir.

 

EMK bu cür halların yeganə olmadığını bildirir. Qeyd olunur ki. yüzlərlə ağır cinayətlər törətmiş adamlar rejimin himayəsinə sığınaraq cəza çəkməkdən xilas ola biliblər. Yüzlərcə insan isə yalnız müxalif baxışlarına görə rejim tərəfindən həbsə atılıb.

 

“Bandit rejimin əsl və antimilli  mahiyyəti belədir, bütün xalq üçün  həyasız çağırış olan  bu rejimin məqsədi süqut günü tarixən əvvəlcədən müyyən olunmuş  dövlətçilyi məhv etməkdir”.

 

  

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?