Modern.az

Parisdə Qarabağa dair müzakirələr keçiriləcək

 Parisdə Qarabağa dair müzakirələr keçiriləcək

Təhsil

30 Yanvar 2010, 13:24

Avropa Şurası Parlament Assambleyasının qış sessiyasında  Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi üzrə yaradılmış alt komitənin fəaliyyətinin bərpa edilməsi məsələsi müzakirə olunmayıb. Modern.az-ın məlumatına görə, AŞPA bürosunda vaxt çatmadığına görə, Qarabağa dair müzakirələr təxirə salınıb. Məlumata görə,  Qarabağa dair alt komitənin fəaliyyəti  martın 11-də Parisdə keçiriləcək toplantıda müzakirə ediləcək.

 

AŞPA qış sessiyasının sonuncu iş günündə iqlim dəyişikliyi, əhali artımı və inkişafa dair beynəlxalq konfransın 15 illik proqramı, vergi sahəsində qarşılıqlı inzibati yardıma dair Konvensiyada dəyişikliklər barədə protokolun layihəsi və Avropa-Aralıq dənizi regionu, Avropa Şurasının strategiyası məsələləri müzakirə edilib.

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!