Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) fevralın 17-dən etibarən Bakı-Moskva-Bakı marşrutu üzrə xüsusi reyslərin yerinə yetirilməsinə başlayır.
Bu barədə Modern.az-a AZAL-ın mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, uçuşlar həftədə iki dəfə - həftənin çərşənbə və bazar günləri “Domodedovo” hava limanına yerinə yetiriləcək. Həmin reyslərə aviabiletləri aviaşirkətin rəsmi www.azal.az saytında almaq mümkündür.
Bakı-Moskva istiqamətində aviareysin sərnişinlərinin nəzərinə:
- Rusiya ərazisinə giriş hüququ olmalıdır. Pandemiya dövründə RF ərazisinə giriş qaydaları aviaşirkətin saytında qeyd edilmişdir: //www.azal.az/az/
- koronavirus infeksiyasının olmadığı barədə arayış təqdim edilməlidir. Azərbaycanda COVID-19 üçün test verilə bilən klinikaların siyahısı aviaşirkətin saytında qeyd edilmişdir: //www.azal.az/az/
Moskva-Bakı istiqamətində reysin sərnişinlərinin nəzərinə:
- Azərbaycana giriş hüququnun olub-olmadığı yoxlanılmalıdır. Azərbaycana giriş icazəsi olan şəxslərin kateqoriyasının siyahısı aviaşirkətin saytında aşağıdakı link üzrə qeyd edilmişdir: //www.azal.az/az/
- koronavirus infeksiyasının olmadığı barədə arayış təqdim edilməlidir. Testin nəticəsində həmçinin QR-kod göstərilməlidir. Bu kod hava limanında qeydiyyat masalarında yoxlanılacaq. QR-kodla arayışlar təqdim edən Rusiya klinikalarının siyahısı ilə həmçinin aşağıdakı link vasitəsilə tanış olmaq olar: //www.azal.az/az/
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ qərargahın qərarına müvafiq olaraq aviareyslərlə Bakıya gələn bütün sərnişinlər iki həftə ərzində özünütəcrid şəraitində qalmalıdırlar.
Hər iki istiqamətin sərnişinləri:
- testin nəticəsinin reysin uçuşundan əvvəl 48 saat ərzində qüvvədə olduğuna əmin olmalıdırlar;
- pandemiya dövründə AZAL aviaşirkəti tərəfindən tətbiq edilən xüsusi daşıma qaydaları ilə tanış olmalıdırlar: //youtu.be/-s-0s4o1L2M