Modern.az

İtlər yuvası - köhnə Avtovağzal... (fotosessiya)

İtlər yuvası - köhnə Avtovağzal... (fotosessiya)

Reportaj

30 Yanvar 2010, 14:13

Metronun “20 Yanvar” stansiyasının yaxınlığındakı köhnə avtovağzalın bağlanmasından 1 il ötür. Ötən ilin fevralında Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal sözügedən ərazidən Biləcəri yaxınlığında inşa olunmuş yeni kompleksə köçürüldü. Elə o vaxtdan köhnə avtovağzalın ərazisi boş qalıb.  Modern.az-ın əməkdaşı metronun “20 Yanvar” stansiyasının yaxınlığındakı köhnə avtovağzalın ərazisinə baş çəkib. Əməkdaşımız xarabalıq əraziyə çevrilmiş köhnə avtovağzaldan şəkillər çəkərkən buranın küçə itlərinin məskəni olduğunu müşahidə edib.

 

Uzun müddət fəaliyyət göstərmiş avtovağzalın ərazisi hələ də xarabalıq vəziyyətindədir. Ərazidə itlərdən başqa kimsəyə rast gəlmədik. Ətrafda olan şəxslər bildirdilər ki, sözügedən ərazidə bəzi vaxtlarda gözətçi olur, ancaq həmişə nəzarət edilmir. Elə biz də gözətçini tapa bilmədik. Burada xeyli söküntü işləri aparılsa da, yarımçıq qalıb.

Onu da qeyd edək ki, köhnə avtovağzal ötən ildən Nəqliyyat Nazirliyinin sərəncamından çıxarılaraq, Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamına verilib. Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidməti ilə əlaqə saxlasaq da, köhnə avtovağzalın ərazisindən hansı məqsədlə istifadə olunacağına dair hər hansı məlumat verə bilmədilər. Modern.az-a köhnə avtovağzal ərazisindən şəkilləri təqdim edir. 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsrail cavab verəcəyini ELAN ETDİ - İranda qorxu var...