Modern.az

Türkiyənin Toplum Könüllüləri Vakfının Azərbaycan nümayəndəliyi yaradılır

Türkiyənin Toplum Könüllüləri Vakfının Azərbaycan nümayəndəliyi yaradılır

Qarabağ

30 Yanvar 2010, 14:52

Gənclər üçün Təhsil Mərkəzinin dəvəti ilə Türkiyə Cümhuriyyətinin ən böyük qeyri-hökumət təşkilatı olan Toplum Könüllüləri Vakfının nümayəndələri Azərbaycandadırlar.

Qurumun mətbuat xidmətindən Modern.az saytına verilən məlumata görə, burada əsas məqsədi Azərbaycanda qeyri-hökumət gənclər və tələbə təşkilatları ilə əməkdaşlıq etməkdir.

 

Bu gün Gənclər üçün Təhsil Mərkəzində başlayan görüşdə mərkəzin təsisçisi Vüsal Quliyev Vakfın Azərbaycanda yaradılması istiqamətində artıq müzakirələr aparıldığını və bu günlərdə rəsmiləşdirəcəklərini qeyd edib.

 

Vakfın beynəlxalq əlaqələr departamentinin rəhbəri Evren Ergec də Azərbaycanda nümayəndəliklərinin yaranmasında maraqlı olduqlarını və 2 qardaş ölkənin gəncləri arasında əməkdaşlığı genişləndirməyi planlaşdırdıqlarını bildirib.

Görüş zamanı Mərkəzlə Vakfın yaxın aylarda birgə beynəlxalq layihələr həyata keçirməsi və digər məsələlər müzakirə olunub.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub