Modern.az

İdmanda qırmızı forma geyinən oyunçular daha böyük uğur qazanırmış - MARAQLI

İdmanda qırmızı forma geyinən oyunçular daha böyük uğur qazanırmış - MARAQLI

17 Avqust 2012, 13:24

Araşdırmalar göstərir ki, olimpiya oyunlarında uğur qazanmaq üçün oyunçunun geyim formasının rəngi xüsusi rola malikdir. Modern.az xarici KIV-ə istinadən xəbər verir ki, olimpiya oyunlarında qızıl medal qazanmaq üçün oyunçulara lazım olan bir sıra özəlliklərlə yanaşı, geyim formalarının rəngi də əsas meyarlardandır. Olimpiya qalibi olmaq üçün qabiliyyət, məşq, müəyyən qədər şans və ən əsas da oyunçunun geydiyi formanın rəngi qızıl medal qazanmağa təkan verir.

2004-cu ildə Afinada keçirilən olimpiya oyunları zamanı aparılan tədqiqatlar göstərib ki, taekvando, boks və güləş üzrə qırmızı geyimli oyunçuların qələbə qazanma şansı digərlərindən daha böyük olub. Ümumi müşahidələr göstərir ki, sən demə, qırmızı rəngdə forma geyinən oyunçuların qızıl medal qazanmaq şansı yüksəkdir. Bu digər idman növlərində, hətta futbol oyununda da belədir. Belə sübut olunur ki, qırmızı rəngin psixoloji üstünlüyü olduğundan bu rəng daha çox şans gətirir.

Nihadə Eyyubova
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi