Modern.az

Tiflis meri azərbaycanlı tələbələrlə görüşüb

Tiflis meri azərbaycanlı tələbələrlə görüşüb

Təhsil

30 Yanvar 2010, 20:13

Bu gün Tiflis meri Qiqi Uqulava İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetində Gürcüstan Azərbaycanlı tələbələr Assosiasiyasının  üzvləri iləgörüşüb. Modern.az “Apsny” agentliyinə istinadən xəbər verir ki, mer görüşdə bəyan edib ki, hazırda azərbaycanlı gənclərin ölkənin ali təhsil ocaqlarında təhsil alması üçün şərait yaradılır.

 

Azərbaycanlı tələbələr bildiriblər ki, ölkənin ali məktəblərində azərbaycanlı tələbələrin sayı azdır,onlar əsasən özəl təhsil ocaqlarında oxuyurlar.

 

Uqulava qeyd edib ki, Assosiasiya ölkənin azərbaycanlı əhalisinin gürcü cəmiyyətinə inteqrasiyası işində fəal iştirak etməlidir. “Bu gün milli azlıqların nümayəndələrinin ali məktəblərə qəbulu zamanı onlara bir sıra güzəştlərin edilməsi barədə qərar qəbul olunub, düşünürəm ki, azərbaycanlılar bu imkandan tam istifadə edəcək və daha çox inteqrasiya proseslərinə cəlb olunacaqlar”,-deyə mer bildirib.   
Uqulava əvvəllər etnik azlıqların ali məktəblərə qəbulu ilə əlaqədar problemlərin olduğunu etiraf  edib. Onun sözlərinə görə, artıq bu problemlər aradan qalxıb və azərbaycanlı tələbələrin assosiasiyası bu problemlərlə məşğul olmalıdır.

 

Hazırda Gürcüstan Azərbaycanlı Tələbələrin Assosiasiyası özündə 50 tələbəni birləşdirir.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?