Modern.az

Pandemiyanın Azərbaycanda böyütdüyü və kiçiltdiyi banklar... - SİYAHI

Pandemiyanın Azərbaycanda böyütdüyü və kiçiltdiyi banklar... - SİYAHI

8 Fevral 2021, 11:29

İqtisadçı Rövşən Ağayev koronavirus pandemiyasının Azərbaycandakı banklara təsiri barədə danışıb.

Modern.az-ın məlumatına görə, R.Ağayev pandemiyanın bəzi bankları böyütdüyünü, bəzilərini içə kiçiltdiyini qeyd edib.

“2020-ci ildə aktivlərin həcmi baxımından sektordakı 26 bankdan 14-ü kiçilib, 12-i böyüyüb.

Ən çox kiçilmə AFB bankda olub - aktivlərinin həcmi 2 dəfəyə yaxın azalıb. Sonrakı sıralarda Bank Respublika (-26,8%), YeloBank (-21,4%), Yapı Kredi (-18.8%), MuğanBank (-10.6%) və s. olub.

Ən çox böyüyən NaxçıvanBank (28,7%) olub. Böyüyən bankların sonrakı sıralaması belə olub: KapitalBank (26,2%), BankVTB (19%), ZiraatBnak (18%), PaşaBank (15,6%) və s.”.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?