Modern.az

Abdullah Gül Medvedevlə Qarabağ münaqişəsini müzakirə edib

Abdullah Gül Medvedevlə Qarabağ münaqişəsini müzakirə edib

Təhsil

30 Yanvar 2010, 20:26

Bu gün Rusiya prezidenti Dmitri Medvedev və Türkiyə prezidenti Abdullah Gül arasında telefon söhbəti olub. Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, prezidentlər telefon söhbətində Cənubi Qafqaz problemləri və Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər.  “Abdullah Gül və Dmitri Medvedev  Cənubi Qafqazda vəziyyətlə əlaqədar fikir mübadiləsi aparıblar. Söhbət zamanı prezident Gül  Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində proqresin əldə olunması səylərində Rusiyanın xidmətlərinə yüksək qiymət verib”,-deyə Kremlin mətbuat xidməti bildirib.

 

Tərəflər Qara dəniz regionunda birgə fəaliyyətdən məmnunluqlarını dilə gətirərək, Avropa ümum təhlükəsizliyi məsələlərinə toxunublar.  Prezidentlər Avropa təhlükəsizlik sisteminiə dair müqavilənin işlənib hazırlanmasına dair Rüsiyanın təşəbbüslərini müzakirə ediblər.  

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ermənistanı etirazlar bürüdü - Qırıcılar havaya qaldırıldı