Modern.az

«Azərbaycan futbolunun Avropadakı səfiri»

«Azərbaycan futbolunun Avropadakı səfiri»

Təhsil

30 Yanvar 2010, 20:43

Hollandiyanın «Telesport» nəşri bugünkü sayında milli komandamızın hücumçusu Vaqif Cavadovu Azərbaycan futbolunun Avropadakı səfiri kimi təqdim edib. Qəzet bu başlıqlı dərc etdiyi yazıda Vaqif Cavadovun fikirlərinə də yer ayırıb. «Bizim ölkədə güləş və şahmat çox inkişaf edib. Amma futbol idmanın bir nömrəli növü olaraq qalır. Mən fəxr edirəm ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra onun Qərbi Avropadakı ilk futbol elçisiyəm» - deyə millimizin hücumçu bildirib.
Vaqif Cavadov Avropada oynamağın onun əsas məqsədi olduğunu deyib: «Bu mənada Avropada ilk addım üçün «Tvente» yaxşı mərhələdir».
Vaqif Cavadov «Tvente»nin sabah «Roda»ya qarşı keçiriləcək oyuna özünü 75 faiz hazır saydığını söyləyib: «İndi mənim məqsədim «Tvente»nin əsas heyətinə düşməkdir».
Vaqif Cavadov Rusiya klublarından da təklif almağına rəğmən, «Tvente»ni seçdiyini xatırladıb: «Mən həmişə zirvəyə qalxmaq istəyən futbolçu olmışam».

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir