Modern.az

Ruslar Putinin istefasını tələb edir

Ruslar Putinin istefasını tələb edir

31 Yanvar 2010, 21:42

Rusiyanın Kalininqrad vilayətində hökumət əleyhinə etiraz aksiyaları keçirilib. Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, vilayət sakinləri mitinqdə hökumətin iqtisadi siyasətinə etirazlarını bildiriblər. Mənzil kommunal tariflərinin, dövlət rüsumu və nəqliyat vergilərinin  qaldırılmasına etiraz edən mitinq iştirakçıları baş nazir Vladimir Putinin istefasını tələb  ediblər. 10 mindən artıq insanın iştirak etdiyi mitinqdə ölkənin bütün siyasi  qüvvələri iştirak edib. Müxalifətdə olan “Həmrəylik”, “Yabloko”, “Rusiya vətənpərvərləri”, Rusiya Kommunist Partiyası, Liberal Demokrat Partiyası və “Ədalətli Rusiya” partiyaları mitinqdə siyasi şürarlar səsləndiriblər. İqtisadi tələblər irəli sürülən mitinq siyasi motivli aksiyaya çevrilib.

 

   

 

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?