Modern.az

Azərbaycan nefti 62 dolları ötdü

Azərbaycan nefti 62 dolları ötdü

11 Fevral 2021, 09:56

Dünya bazarında "Azeri Light" (CIF) markalı neftin qiyməti artıb.

 

Modern.az-ın məlumatına görə, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,61 ABŞ dolları və ya 1% artaraq 62,3 dollar təşkil edib.

 

Xatırladaq ki, ötən həftə ərzində (1-5 fevral) dünya bazarında "Azeri Light" markalı neftin 1 barelinin orta qiyməti 58,91 dollara bərabər olub. Bu, əvvəlki həftənin orta qiyməti ilə müqayisədə 2,7 dollar və ya 4,8% çoxdur. Belə ki, ötən həftə ərzində ən yüksək göstərici (V gün) – 60,51 dollar təşkil edib, ən minimal göstərici (I gün) isə 56,68 dollar səviyyəsində olub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi