Modern.az

Şevardnadze: “Mən Qamsaxurdiyanın öldürülməsini əmr etməmişəm”

Şevardnadze: “Mən Qamsaxurdiyanın öldürülməsini əmr etməmişəm”

31 Yanvar 2010, 21:46

Gürcüstanın eks-prezidenti Eduard Şevardnadze ölkənin ilk prezidenti Zviad Qamsaxurdiyanın öldürülməsi üçün kiməsə göstəriş vermədiyini bildirib. Modern.az gürcü mətbuatına istinadən xəbər verir ki, Şevardnadzenin hakimiyyəti dövründə milli təhlükəsizlik  naziri olmuş İqor Giorqadzeyə istinadən Zviad Qamsaxurdiyanın oğlu Konstantin Qamsaxurdiya bu gün bəyan edib ki, atasının öldürülməsi üçün  eks-prezident Şevardnadze göstəriş verib. Şevardnadze özü bu gün mətbuata verdiyi açıqlamada Giorqadzeyə etibar etmədiyini deyib. Bununla belə, eks-prezident Qamsaxurdiyanın ölkənin DİN və Təhlükəsizlik Xidmətinin yüksəkrütbəli  zabitləri tərəfindən izləndiyini təsdiqləyib. “İqor Giorqadzeyə  mən inanmıram. Mən ona nazir olanda da inanmırdım. Qamsaxurdiyanın təqibinə gəldikdə isə onu deyə bilərəm ki, bu hamıya məlum idi. Onun ləğvi mənə sonradan bəlli oldu”,-deyə Şevardnadze bildirib. 

 

Qeyd edək ki, Zviad Qamsaxurdiyanın kiçik oğlu Giorgi atasının ölümündə Rusiyanın “Vımpel” xüsusi xidmətini ittiham edir.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı