Modern.az

ABŞ-ın Minnesota ştatında fevralın 26-sı Azərbaycan günü elan edildi - FOTO

ABŞ-ın Minnesota ştatında fevralın 26-sı Azərbaycan günü elan edildi - FOTO

12 Fevral 2021, 23:41

Minnesota ştatının qubernatoru Tim Volz  fevralın 26-nın Azərbaycan günü elan edilməsi ilə bağlı bəyanat imzalayıb. Belə bir bəyanatın imzalanması Minnesota Azərbaycan Assosiasiyasının rəhbəri Günel Rallisin təşəbbüsü olub.

 

Modern.az-ın məlumatına görə, bəyanatda qeyd olunub ki, Minnesotada yaşayan azərbaycanlılar ana dilini, zəngin milli-mədəni dəyərlərini,  ənənələrini qoruyub-saxlamaqla, həmçinin təbliğ etməklə yerli mədəniyyətə  töhfə verməkdədirlər.

 

Bəyanat ölkəmizlə bağlı həqiqətlərin təbliğində Minnesotada yaşayan azərbaycanlıların uğuru kimi dəyərləndirilə bilər.

 

Qeyd edək ki, 2016-cı ildə ABŞ-ın Minnesota ştatının Nümayəndələr Palatası Xocalı soyqırımının 24-cü ildönümü ilə əlaqədar qətnamə qəbul edib.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ermənistanın müdafiə xətti yarılır - Orduya çağırış edildi