Modern.az

İlham Əliyev Horadiz-Ağbənd dəmir yolu xəttinin təməlini qoydu

İlham Əliyev Horadiz-Ağbənd dəmir yolu xəttinin təməlini qoydu

15 Fevral 2021, 14:10

Prezident İlham Əliyev Füzuli rayonunda Horadiz-Ağbənd dəmir yolu xəttinin təməlini qoyub.

 

Modern.az xəbər verir ki, ümumi uzunluğu 100 kilometr olan bu dəmir yolu xəttinin strateji əhəmiyyətinin olduqca böyük olduğu barədə məlumat verilib. Çünki bu nəqliyyat infrastrukturu Azərbaycan vətəndaşlarının azad olunmuş torpaqlara gediş-gəlişinin təminatında əhəmiyyətli rol oynayacaq və ən mühüm məsələ Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında birbaşa dəmir yolu nəqliyyat əlaqəsinin yaranmasına böyük töhfə verəcək.

 
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva fevralın 14-də Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarında olublar.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ermənistanın müdafiə xətti yarılır - Orduya çağırış edildi