Modern.az

Azərbaycanlı alim Afrikada rektor təyin olundu

Azərbaycanlı alim Afrikada rektor təyin olundu

Diaspor

15 Fevral 2021, 15:15

Əslən Güney Azərbaycandan olan kimya elmləri doktoru Said İrandust  iki gün öncə Mərkəzi Afrikanın  (AAUCA) Afro-Amerikan (Afro-American University of Central Africa) Universitetinin rektoru təyin edilib. Onun universitetə namizədliyini UNESCO təsdiq edib.

 

 UNESCO-nun təhsil layihələri saytında onun haqqında bu sözlər qeyd olunub:

 

Said İrandust kimya mühəndisliyi üzrə professor, yüksək rəhbərlik və idarəetmə qabiliyyətinə sahib təcrübəli bir akademik liderdir. Asiya, Avropa və Skandinaviyadakı bir sıra ali təhsil müəssisələrində rektor, prezident və icraçı direktor vəzifələrində çalışıb.

 

O, bir neçə müasir universitet, peyk şəhərciyi və şirkət startapları qurub. İsveç Hökumətinin Riyaziyyatın Təşviqi Komitəsinin sədri, İsveç Hökumətinin Genişləndirilmiş İşə Qəbul Komitəsinin üzvü və İsveç Araşdırma və Ali Təhsil Beynəlxalq Əməkdaşlıq Fondunun (STINT) İdarə Heyətinin üzvü və s. vəzifələrin sahibidir.  Akademiyada müxtəlif rəhbər vəzifələrdə çalışdığı 30 ildən çox müddətdə ali təhsilin bütün sahələrində uğurlu layihələri olub.  Azərbaycan Respublikasının Prezidentinin "Tərəqqi" medalı,  Hindistanda “Təhsilə Görkəmli Töhfəsinə görə Mükafat” və Rusiya və Filippindən Fəxri Doktor dərəcələrinə layiq görülüb.

 

AAUCA  təhsil mərkəzinin rektoru təyin olunması münasibəti ilə Təhsil naziri və baş nazirin müavini Don Klemente Engonga Nguema Onguene ilə və Malaboda UNESCO-nun təhsil məsələləri üzrə əlaqələndiricisi  Antennas ilə görüş keçirərək, müqavilə imzalayıb. Həmyerlimiz Səid İrandustun rektor olduğu universitetedə icra edəcəyi layihənin qiyməti 6,9 milyon dollar dəyərindədir.

 

Professor Səid İrandust fevral ayının 14-dən səlahiyyətlərinin icrasına başlayıb.  Təhsil naziri və baş nazirin müavini Don Klemente Engonga Nguema Onguene onu təntənəli surətdə universitetin kollektivinə təqdim edib.


Soydaşımızı təbrik edirik!

 

Onun fəaliyyətini təsdiqləyən və UNESCO tərəfindən irəli sürülən sənədin linkləri:

 

 

//www.iesalc.unesco.org/en/2021/02/12/said-irandoust-is-the-newly-appointed-rector-vice-chancellor-of-the-afro-american-university-of-central-africa-aauca/

 

 

//ahoraeg.com/cultura/2021/02/14/la-universidad-afro-americana-de-africa-central-aauca-ya-tiene-un-nuevo-rector/

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir