Modern.az

Rusiyada ruslar azalacaq, müsəlmanlar artacaq

Rusiyada ruslar azalacaq, müsəlmanlar artacaq

1 Fevral 2010, 12:36

Rusiyanı ciddi kollaps gözləyir. Modern.az Qərb mətbuatına istinadən xəbər verir ki, bu barədə The Washington Times qəzetinin bugünkü sayında bildirilir. Qəzet qeyd edir ki, ciddi kollaps ücbatından Rusiya  təhlükəli ölkəyə çevrilməkdədir.   Vaşinqtondakı  American Foreign Policy Council araşdırmalar mərkəzinin vitse-prezidenti Aylan Barmenə görə, qüdrətli SSRİ-nin varisi olan Rusiya ölümcül demoqrafik və sosial-iqtisadi girdaba batıb.  21-ci əsrin ortalarına qədər Rusiyanın əhalsi 100 milyona qədər azalacaq. 2080-ci ildə isə ruslar cəmi 50 milyon olacaq. Ölkədə əhali artımı üçün doğuş səviyyəsi 2,1 faiz olmalıdır, 2006-cı ildə isə bu rəqəm 1,4 faiz təşkil edib.    Qəzet qeyd edir ki, demoqrafik vəziyyət iki güclü faktora görə daha da dərinləşir - rusiyalı müsəlmanlar arasında doğuş səviyyəsi artır və Çinlə strateji disbalans güclənir.

 

2020-ci ildə müsəlmanlar Rusiya əhalisinin 5/1 –ni təşkil edəcək. Əsrin ortalarında isə müsəlmanlar Rusiya əhalisinin 50 faizini təşkil edəcək.   Qəzet yazır ki, 2004-cü ildə Beslan hadisələrindən sonra Moskva müsəlman əhalisinə qarşı çox ağır daxili siyasət yeridir. Bu isə “Əl-Qaida” kimi təşkilatları qıcıqlandırır, ölkənin müsəlman əhalisi özünü zəiflədilmiş hiss edir, müsəlmanları Rusiya dövləti ilə onun indiki  formatında zəif bağlayır  və onların bu ölkəyə simpatiyaları yoxdur.

   

Ölməkdə olan Rusiyaya nəzarət etmək getdikcə çətinləşəcək. Təbii resursların daha çox yerləşdiyi Uzaq Şərqdə məskunlaşdırmağa kimsə yoxdur. Çinin Rusiya ilə həmsərhədd rayonlarında yaşayan əhalinin sayı Rusiyanın Çinlə qonşu olan sərhədyanı ərazilərində yaşayan əhalidən qat-qat çoxdur. Çin artıq öz gözünü Rusiyanın bu rayondakı zəngin resuslarına dikib və çinliləri bu ərazilərə həvəsləndirir.

 

Qəzet qeyd edir ki, Rusiya gələcəkdə öz gücünə görə yox, zəifliyinə görə təhlükəli olacaq.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir