Modern.az

Elektrik enerjisinin qiyməti artırılacaq? - “Azərişıq”dan AÇIQLAMA

Elektrik enerjisinin qiyməti artırılacaq? - “Azərişıq”dan AÇIQLAMA

İqtisadiyyat

18 Fevral 2021, 22:58

“Elektrik enerjisinin ölkədaxili tariflərinin artırılması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir”.

 

Modern.az xəbər verir ki, bunu “Azərişıq” ASC-nin sədrinin müşaviri Tanrıverdi Mustafayev bəzi KİV-lərdə və sosial şəbəkələrdə elektrik enerjisi tariflərinin artırılması ilə bağlı yayılan məlumatları şərh edərkən deyib.

 

T.Mustafayevin sözlərinə görə, “Azərişıq” elektrik enerjisi tariflərinin artırılması üçün Tarif (qiymət) Şurasına müraciət etməyib.

 

Qeyd edək ki, bu gün bəzi KİV-lərdə və sosial şəbəkələrdə Tarif (qiymət) Şurası tərəfindən elektrik enerjisi tariflərinin artırılması ilə bağlı məlumatlar yayılıb. Məlumatda deyilirdi ki, Tarif (qiymət) Şurasnın qərarı ilə hər kVt/s elektrik enerjisinin qiyməti 14 qəpik olacaq.

 

Xatırladaq ki, hazırda əhali qrupu abunəçilər üçün 300 kVt/s-a qədər 7 qəpik, 300 kVt/s-dan artıq isə 11 qəpikdir. Qeyri əhali qrupu üçün isə qiymət hər kVt/s üçün 11 qəpikdir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi