Modern.az

Baş redaktor Agentlik sədri ilə görüşündən danışdı: “Mən onda bu əzmi müşahidə etdim”

Baş redaktor Agentlik sədri ilə görüşündən danışdı: “Mən onda bu əzmi müşahidə etdim”

Media

19 Fevral 2021, 11:39

“Ötən gün Medianın İnkişafı Agentliyinin sədri Əhməd İsmayılovla görüşdük. İlk dəfə qarşılaşsaq da, məndə səmimi insan təəssüratı yaratdı. Onun qısa müddət ərzində mətbuatın problemlərinə bu qədər yaxından bələd olması sevindiricidir”.

Modern.az xəbər verir ki, bu sözləri Yenisabah.az saytının baş redaktoru, Jurnalist Araşdırmaları Mərkəzinin sədri Seymur Verdizadə deyib.

Baş redaktor qeyd edib ki, Medianın İnkişafı Agentliyinin rəhbəri ilə ətraflı müzakirə aparıblar:

“Azərbaycan mətbuatının inkişaf perspektivləri, qarşıda dayanan vəzifələr söhbətimizin əsas müzakirə mövzusu idi. Əhməd müəllimin müsahibini diqqətlə dinləməsi, səslənən təkliflərlə bağlı qeydlər aparması müsbət haldır. Sələfindən fərqli olaraq, o, müzakirələrə açıqdır, yeniliyin və inkişafın tərəfdarıdır”.

S.Verdizadə deyib ki, Azərbaycan jurnalistləri, bütövlükdə media cəmiyyətin bir parçası olduğu üçün yeni dövrün çağırışlarına cavab verməlidir. Onun sözlərinə görə, Azərbaycan mediası islahatlardan kənarda qalmamalıdır:

“Yeni yaradılmış Medianın İnkişafı Agentliyinin rəhbərliyi islahatlarda maraqlıdır. Mən hətta bu əzmi aşkar müşahidə etdim. Bu proseslərdən kənarda qalmağa haqqımız yoxdur. Hesab edirəm ki, xırda intriqalardan əl çəkməli, şəxsi maraqlarımızı bir kənara qoyub dəyişikliklər prosesində iştirak etməliyik”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü