Modern.az

Pənah Hüseyn qızıl amnistiya təklif edir

Pənah Hüseyn qızıl amnistiya təklif edir

1 Fevral 2010, 13:24

Modern.az xəbər verir ki, Milli Məclisin fevralın 1-də keçirilən iclasında deputat Pənah Hüseyin amnistiya təklifi ilə çıxış edib. O, deyib ki, bu il qızıl amnistiya verilsin. Digər millət vəkili Qüdrət Həsənquliyev isə bildirib ki, tez-tez amnistiya verilməsinin əleyhinədir. Çünki bu, cinayətkarlığın artmasına səbəb olur. “Bəzi məhkumlar rahatlaşırlar ki, amnistiya veriləcək, onlar da azadlığa çıxacaqlar”.  

Deputat Elmira Axundova Qüdrət Həsənquliyevlə razılaşmayıb. O, deyib ki, 1995-ci ildən Əfv Komissiyasının üzvüdür. Amma əfv olunanlar arasında cinayətkarlığın artmasını müşahidə etməyib. “Biz elə adamları əfv edirik ki, onlar etdiyi əmələ görə peşiman olurlar, yaxud da cəza müddətləri başa çatmaq üzrədir. Statistikaya görə, indiyə kimi əfv olunan 7-8 min adam arasında istisna hallarda tək-tək təkar cinayət edənlər olur”.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?