Modern.az

Martda 44 günlük müharibə ilə bağlı filmlərimiz EKRANLARA ÇIXACAQ

Martda 44 günlük müharibə ilə bağlı filmlərimiz EKRANLARA ÇIXACAQ

21 Fevral 2021, 11:19
Azərbaycan xalqı 30 il doğma torpaqlarına həsrət qaldı, həmin torpaqlar uğrunda igid oğul və qızlarımız şəhidlik zirvəsinə ucaldı.
 
 
Bu həsrət uzun illər çəksə də, qələbəmizi 44 gün müddətində qazandıq. 44 gündə Azərbaycan xalqı dəhşətli faciələr yaşadı, heç kimin təsəvvür belə edə bilməyəcəyi, yalnız filmlərdə gördüyü hadisələrlə qarşılaşdıq.
 
 
Yaşananları gələcək nəsillərin də bilməsi, bu hadisələrin yaddaşlardan silinməməsi üçün filmlər çəkilməli, teatr tamaşaları hazırlanmalı, kitablar yazılmalıdır. Maraqlıdır, bu sahədə hansı işlər görülür? 

 

Modern.az mövzu ilə bağlı rejissorlara müraciət edib.

 

Kinorejissoru Cəmil Quliyev:

 

“Kinoşunas kimi  deyə bilərəm ki, bu mövzu ilə bağlı hazırda Mədəniyyət Nazirliyində bir çox layihələr həyata keçirilir və müsabiqələr də elan edilib.  Eyni zamanda, bizim studiyalar da televiziyalarda maraqlı layihələr hazırlayır. İkinci Qarabağ savaşı və 44 gündə yaşadıqlarımızla əlaqədar çox maraqlı filmlər ərsəyə gələcək.  

Hazırda “Salnamə” , “Azərbaycanfilm” kinostudialarında Vtən müharibəsi ilə bağlı filmlər çəkilir.  Bu filmlər bizim şəhidlərimizə, qazilərimizə həsr olunub və çox maraqlı layihələrdir. 

Mart ayından sonra, filmlərin ilk nümayişləri olacaq”.

 

Rejissor Pərviz Həsənov:

 

“İkinci Qarabağ savaşında yaşananları unutmaq çox çətindir, bununla bağlı layihələr hazırlanır. Məndən öncə həmkarlarım da müxtəlif filmlər çəkiblər, terrorla, müharibə ilə bağlı... Bu filmlərin davamı olacaq.  Mən  hazırda sənədli film üzərində çalışıram, mövzusu isə Gəncə və Bərdədə baş verən terrorla əlaqəlidir.  Çəkilişlər artıq bitib, ayın sonunda  yayımlanacaq”.


Mehri Qurban

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir