Modern.az mövzu ilə bağlı rejissorlara müraciət edib.
Kinorejissoru Cəmil Quliyev:
“Kinoşunas kimi deyə bilərəm ki, bu mövzu ilə bağlı hazırda Mədəniyyət Nazirliyində bir çox layihələr həyata keçirilir və müsabiqələr də elan edilib. Eyni zamanda, bizim studiyalar da televiziyalarda maraqlı layihələr hazırlayır. İkinci Qarabağ savaşı və 44 gündə yaşadıqlarımızla əlaqədar çox maraqlı filmlər ərsəyə gələcək.
Hazırda “Salnamə” , “Azərbaycanfilm” kinostudialarında Vtən müharibəsi ilə bağlı filmlər çəkilir. Bu filmlər bizim şəhidlərimizə, qazilərimizə həsr olunub və çox maraqlı layihələrdir.
Mart ayından sonra, filmlərin ilk nümayişləri olacaq”.
Rejissor Pərviz Həsənov:
“İkinci Qarabağ savaşında yaşananları unutmaq çox çətindir, bununla bağlı layihələr hazırlanır. Məndən öncə həmkarlarım da müxtəlif filmlər çəkiblər, terrorla, müharibə ilə bağlı... Bu filmlərin davamı olacaq. Mən hazırda sənədli film üzərində çalışıram, mövzusu isə Gəncə və Bərdədə baş verən terrorla əlaqəlidir. Çəkilişlər artıq bitib, ayın sonunda yayımlanacaq”.
Mehri Qurban