Modern.az

Ədəbi qəlib

Ədəbi qəlib

21 Fevral 2021, 20:15

Osman Fərmanoğlu


Bu yazının səbəbkarı Teyfur Çələbiyə


Tanrım, bəs deyirlər, Quran
Qurana yalandan and içənə qənim olur?
Bu qədər yalançını hara yazaq?
Bəs deyirlər, yalan danışanın yeri cəhənnəm,
özü qır qazanının yemi olur?
Bu qədər yalanı hara yozaq?

 

Bir neçə misra yazmışdım ki, işə buyurdular, qayıdanda  Teyfur Çələbinin qeydinə rast gəldim: “Bu cür örijinal və qeyri-adi fikirləri, daha doğrusu, sətirləri qoşmaya -sxemə salma, tablosunu yarat, sən ki şəkilçəkən şairsən, çox gözəl başlamışsan ...”.

Sxem-çərçivə-qəlib, bunlar sinonim sözlər kimi canlandı beynimdə...


Və beləcə,ağlıma Aran rayonlarında ev üçün kəsilən “çiy kərpic”in qəlibdə qurudulması, sonra kərpic-kərpic divara hörülərək ev olması gəldi. Mən dağ rayonundan oluğuma görə bunu İmişlidə gördüm. (Bizdə evi çay daşı və çapılmış qaya daşlarından tikirdilər) Bu görünənlərin fonunda qədimdən bu günə qəliblərdə “çabalayanları”, qəlibə “asi” düşənləri göz önünə gətirdim.


Qətran Təbrizi, Əfzələdin Xaqani Şirvani, Məhsəti Gəncəvi də fars dilində yazıblar əsərlərini. Yəni sovet rejiminin qeyd etdiyi kimi, “o vaxtlar saray dili ərəb dili olsa da, şeir dili fars dili idi”. Nisbələri köklü-köməcli Azərbaycanla bağlı olan  sənətkarları fars şairi deyə adlandırırlarmı? İlk səyahət əsərinin müəllifi olan, fəlsəfi tutumu daha dərin olan əsərlər yazan Ə. Xaqani haqda belə desələr, bəlkə də, bir qədər haqq vermək olardı. Amma yox...

Şamaxı! Ey mənim sevimli yurdum,                                                                                             
Mən sənin qoynunda xaniman qurdum.                                                                                        
İndisə acığın tutmuşdur mana,                                                                                                     
Mən sənin qoynundan ayrılsam ana,                                                                                                       
Ümidim, pənahım Təbrizdir, Təbriz,                                                                                                
O şəhər də mənə əzizdir, əziz, - deyən şairi Faslaşdırmaq onlara bir qədər çətin gəlmişdir.

 Fars rejimi heç vaxt Gəncədən 20 km uzaqlaşmayan N. Gəncəvini fars şairi adlandırır. Niyə? Rəhmətlik Ənvər Börüsoyun da dediyi kimi Türklərə böhtan ataraq “Şahnamə “ yazan Firdovsinin davamçısı kimi göstərmək üçün. Guya Firdovsi kimi “böyük” şairin “Şahnamə”sində mətləblər geniş, əhatəli verlimiş, sonra gələn şairlər ondan bəhrələnmişlər, yəni onun qəlibindən çıxmışlar. Amma Ə. Firdovsi ömrünün sonunda “Şahnamə” əsərində tarixi təhrif etdiyini  daha güclü “Yusif və Züleyxa” əsərində etiraf etmişdir”. (Ə. Börüsoy).Deməli, “Şahnamə”nin Alp Arslanı qəzəbləndirməsi düzgün ola bilər, çün Türkləri çox aşağılayıb. Bir məsələ də var ki, Alp Arslan doğulanda Ə. Firdovsinin 30 yaşı olub.

Deyir, Makedoniyalı İsgəndər farsları məğlub edir, onları tarlxi xəyanətlərinə görə cəzalandırır. İsgəndərə əyanları məsləhət görürlər ki, məğlub Daranın qızı ilə evlənsin. İsgəndər qəbul etmir ki, kin dolu fars qızından olan övlad nə vaxtsa anasının dediklərini həyata keçirməyə çalışacaqdır. Amma İsgəndərin etmədiyini Türk Sultanları etdiər, süd südə, sümük sümüyə, haram halala qarışdı.

Gəncədən kənara çıxmayan, iki böyük əsərini fars qəlibində yazan N. Gəncəvi  Şirvanşah Axsitanın sifarişi ilə “Leyli Məcnunu həvəssiz qələmə almış, deyilənə görə, Axsitanın “Türk dili yaraşmaz şah nəslimizə, Türk dilli əskiklik gətirər bizə” sifarişi şairi əsəbiləşdirmiş, “Qan beyninə vurmuş, dodağı əsmişdir”. Oğlunun xahişindən sonra əsəri Fars qəlibində yazmışdır.  Sonrakı əsərləri də həmçinin.  Alman şairi H. Heynenin dediyi kimi “Almaniyanın da böyük şairləri var, amma dünyada Nizamiyə bərabər ikinci şair yoxdur”. Nizaminin böyüklüyü tarixi oluğu kimi nəzmə çəkmirdi, dövrünün ağrı acılarını da istedadlı bir  dahi kimi çatdırırrdı. Neyləməli ki, əsərlərində Türk sözləri işlətsə də, Türkcə şeiri olmayan dahimizə elə bu dil qəlibi sayəsində ermənilərin də kökünün dirəndiyi,hər addımda Türkə ilişən farslar yiyə çıxmağa çalışırlar. Nizami babamızdan bir əsr sonra Türkdilli əsərlər bu köhnə dil, ifadə- ibarə qəlibini dəyişdilər. İ. Həsənoğlu, Y. İmrə, Arif Ərdəbili... Nəsimidə yüksələn xətlə inkişaf edən Ana dilli şeirlər, Şah İsmayıl Xətayidə, M. Füzulidə farsdilli əsərləri üstələdi. Bu dövrdə Heca qəlibli əsərlər şifahi ədəbiyyatdan yazılı ədəbiyyata gediş elədi. Şah İsmayıl hər iki tağda möhkəmlənən körpü oldu. Hüseyn bəy Lələnin (Miskin Abdalın)  lələliyi ilə böyüyən Şah: 

Gövhərin keçməyən yerdə                                                                                                                     
Satma, qadaş, kərəm eylə.                                                                                                                               
Ləl daşını çay daşına                                                                                                                                
Qatma, qaraş, kərəm eylə.

- kimi təmiz gəraylı yazmalıydı...M. Füzuli “Leyli Məcnun”u Türk dilində yazdı və bu, əsərin  əhəmiyyətini daha da artırdı. Füzuli və Xətayinin əsrdaşı Sultan Səlim də şeirlər yazırdı və Böyük Türk dövləti yaratmaq istəyən Sultan əsərlərini farsca yazmışdı. Tarixin belə atişləməz yolları var.  Zaman keçdikcə Anadilli şeir, heca qəlibi əsas şeir qəlibinə çevrilmiş M. P. Vaqif, M V. Vidadi, Q. Zakir heca şeirləri ilə meydangirlik etmişlər.  M. P Vaqif “ M. Füzulinin göylərə qaldırdığı eşqi, Yerə endirmiş, özünə qaytarmışdır. Köhnə qəlibin əvəzinə  ədəbi bazara təzə nırx gətirməyə çalışmışdır. Ədəbi cameəyə çaxnaşma salaraq, M. Füzulini arxasınca gedən şairlərr ordusunun bir qismini öz ordugahına çəkmişdir.

XXX

Qəlibi dəyişməyə çalışan ədəbi dühalarımız da yox deyil. Mənim aləmimdə, Mirzə Fətəli Axundov birincilər sırasındadır. Çox ilklərə imza atan Axundov ilk dram əsərlərinin, ilk fəlsəfi traktatın, ilk böyük həcmli nəsr əsərinin müəllifi olmaqla yanaşı, min illik ehkamları dağıdaraq Yeni əlifba yaratmaq, ərəb qrafikalı əlifbadan can qurtarmaq üçün illərlə mübarizə aparmışdır. O dövrdə ən çətinindən yapışan Mirzə Fətəlini dəfn eləməyə iki cüt, bir tək adam getmiş, “şarlatan mollalar” üstündə Yasin oxumağı da çox görrmüşlər.

XX əsrdə qəlib məsələsi bir qədər dəyişmiş, milli mətbuat inkişaf etmişdir.Əsası “Əkinçi” ilə qoyulmuş mətbuat meydanına “Molla Nəsrəddin”, “Fyüzat” kimi yeni fikirli jurnallar çıxarılmışdır.

Ucundadır dilimin həqiqətin böyüyü,                                                                                                                      
Nə qoyurlar deyəlim, nə kəsirlər dilimi.
Bilirmisən cühəla nə etdilər Vətənə
Nə qoydular uyuya, nə qoydular oyana,


- deyən Əli bəy Hüseynzadənin “Fyüzat”ının ömrü çox qısa olmuşdur.Çün “Fyüzat” məhəlli mövzuladan yuxarıda dayanır, Turançılığı, Türkçülüyü yaymağa, xalqı oyatmağa, xalqa kökünü tanıtmağa çalışırdı. “Türkləşmək, müasirləşmək, islamlaşmaq” “Fyüzat”ın da, Əli bəy Hüseynzadənin də əsas amalı, qayəsi idi...”.
Molla Nəsrəddin”in nəşrinin davam etməsinin, “ Fyüzat”ın qapanmasının əsas səbəbi bu idi... Çar hökumətini qəlibindən çıxmış “Fyüzat” daha çox qorxudurdu.

XXX


Sərbəst şeirin meydana gəlməsi yeni bir qəlib idi. Sərbəst şeiri Azərbaycana Nazim Hikmət gətirmişdi. Mikayıl Rəfili sərbəstin Azərbaycanda əsas pioneri idi. Sonralar Rəsul Rza və digər şairlərimiz bu vəznin gözəl nümunələrini yazmışdılar. Vaqif Səmədoğlu yazırdı ki, bir dəfə Rəsul müəllimin otağına girəndə onu çox fikirli gördüm. Səbəbini soruşanda:

--Vaqif bala, elə qəzəl yazmağım gəlir ki...-dedi.

Mən də ötkəmcəsinə:

--Yazın də, dedim.

--Yox, olmaz, dedi...

Niyə deyib, nə üçün deyib, sərbəstə xəyanət kimi fikirləşilməyindən mi çəkinib?. Axı, R. Rzanın bir neçə qəzəli , hecada yazılmış “Bəxtiyar” şeiri var.

 Və bir də Murad Köhnəqalanın sərbəst qəzəlləri oxunaqlı, məna tutumlu qəzəllərdir.

Qəlibə “asi” olan istedadlardan biri də Şaiq Vəli rəhmətlik idi ki, şeirlərindəki dəyişikliklər sanki xasiyyətindən irəli gəlirdi. Gəraylıları, qoşmaları başqa donda, başqa deyimdə alınırdı.

İllər keçdikcə, axar sudan fəqli olaraq, köhnə qəlibə baş vurmalar, yaxşı mənada, ədəbiyyatın xeyrinə işləyir. Tərlanın orijinal qəzəlləri kimi...

Əslində, ədəbi əsərin gözəlliyi, onun qəlibində--fomasında deyil, daçıdığı fikir yükünün, mənasında, ağırlılığındadır.

Bu gün Beynəlxalq Əlifba günüdür. Gününüz mübarək!

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub