Modern.az

Deputat qazilərin problemlərini QALDIRDI

Deputat qazilərin problemlərini QALDIRDI

23 Fevral 2021, 11:20

 Məclisin deputatı Nigar Arpadarai bu gün parlamentin iclasında qazilərin üzləşdiyi problemlərə toxunub. Modern.az-ın xəbərinə görə, deputat çıxışında təəssüflə müharibədə yaralanmış qazilərin müəyyən müəsəssilərdə kağız almaq üçün növbəyə durduqlarını deyib:

 

“Bu da onlar üçün çətinlik yaradır. Qurumlar işini prosedura uyğun qurublar. İndiki halda isə bunu sistem halına salmalıyıq. Yaralalılarımız bilməlidir ki, dövlət onların qayğısına qalır. Bu məqsədlə də “Asan xidmət” modeli yaradılmalıdır. Onlar sənədləri almaq üçün dəfələrlə gedib-gəlməli deyillər. “Səyyar asan” və könüllülər xidməti təşkil edilməlidir”.

 

Parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva da əlillərin sosial müdafiəsi, əlilliyin müəyyənləşdirilməsi məsələsinə toxunub.

Qeyd edib ki, xüsusilə, əlilliyin müəyyənləşdirilməsi məsələsində yeniliklər tətbiq olunsa və bu, cəmiyyət tərəfindən razılıqla qarşılansa da,  məsələ ətrafında müəyyən narahatlıqlar var.

Onun sözlərinə görə, bu məsələ ilə bağlı qanunvericilikdəki müəyyən boşluqların doldurulmasına ehtiyac var.

Whatsapp
Bizə yazın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi