Modern.az

Əcnəbi deputatların Qarabağa səfəri təşkil olunacaqmı? - Dostluq qruplarından CAVAB

Əcnəbi deputatların Qarabağa səfəri təşkil olunacaqmı? - Dostluq qruplarından CAVAB

23 Fevral 2021, 12:32

Torpaqlarımız işğaldan azad olunduqdan sonra bir sıra ölkələrdən olan diplomatlar, deputatlar, beynəlxalq təşkilatların nümayəndələri  həmin bölgələrə səfər etdilər. Bu cür səfərlər yenə davam edəcəkmi?

Modern.az mövzu ilə bağlı Milli Məclisin Qırğızıstan, Türkmənistan və Özbəkistanla parlamentlərarası dostluq qruplarına müraciət edib.


Azərbaycan-Qırğızıstan dostluq qrupunun rəhbəri Musa Quliyev
bildirib ki, Qırğızıstanda seçkilər boykot olundu və dostluq qrupları yenidən formalaşır:


“Hesab edirəm ki, bütün ölkələrdən gələn deputatları, qonaqları azad edilmiş ərazilərə aparmalıyıq, onlar erməni vəhşiliyini öz gözləri ilə görməlidirlər. Qırğızıstan dostluq qrupunun parlamenti yeni formalaşdığı üçün yalnız Xocalı soyqırımı ilə bağlı məktub göndərə bildik. Xocalı soyqırımı məsələsini parlamentdə səsləndirsinlər, mətbuatlarında yazılsın. Pandemiya səbəbindən səfərlər baş tutmur, amma mütləq onların da Qarabağa gəlişi təşkil olunacaq”.


Azərbaycan-Özbəkistan dostluq qrupunun üzvü Ceyhun Məmmədov
özbək deputatların Qarabağa səfərilə bağlı heç bir məlumatı olmadığını bildirib:


“Bu haqda heç bir müzakirə aparılmayıb, bəlkə də planda var, ola bilər ki, növbəti mərhələdə baş tutsun”.


Azərbaycan-Türkmənistan dostluq qrupunun üzvü
Vahid Əhmədov:


“Azad olunmuş ərazilərə gəlmək üçün türkmən deputatlara bir təklif olmayıb, amma ümumi götürsək, xaricdən bir sıra millət vəkilləri azad olunmuş ərazilərə səfər etmək istəyirlər. Hazırda azad olunmuş ərazilərə getmək o qədər də müvafiq sayılmır, çünki minadan təmizlənmə prosesi hələ bitməyib. Hesab edirəm ki, bir müddət gözləmək lazımdır. Bütün proseslər başa çatdıqdan sonra müəyyən səfərlər olacaq”.


Mehri QURBAN

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsrail cavab verəcəyini ELAN ETDİ - İranda qorxu var...