Modern.az

Yalçın Rzazadə niyə Bakıda dəfn olunmadı?

Yalçın Rzazadə niyə Bakıda dəfn olunmadı?

23 Fevral 2021, 16:19

Ötən gün vəfat edən Azərbaycanın Xalq artisti Yalçın Rzazadə bu gün Lənkəran rayonunun Liman qəsəbəsindəki qəbiristanlıqda torpağa tapşırılıb.

Maraqlıdır, Yalçın Rzazadə kimi adlı-sanlı sənətkar niyə Bakıdakı İkinci Fəxri xiyabanda deyil, Lənkəranda dəfn edilib.


Bu barədə Modern.az-a danışan mərhumun oğlu Mətin Rzazadə deyib ki, Lənkəranda dəfn olunmağı sağlığında sənətkarın özü istəyib – yəni bu, mərhumun öz vəsiyyəti olub.
 

“Yalçın müəllimin ata-anası, qardaşı Lənkəran rayonunda dəfn olunduğuna görə, özü də rada torpağa tapşırılmağı vəsiyyət etmişdi”.


Mətin Rzazadə atasının onunla bağlı arzusundan da söz açıb:

“Atam məni öz davamçısı kimi görürdü. Təxminən bir həftə əvvəl gecə mənimlə əlaqə saxladı. 70-ci illərdə ifa etdiyi bir neçə mahnısının yeni aranjimanda ifa etməyimi istədi.

Onu da qeyd edim ki, Yalçın müəllimin 750-dən çox mahnısı var və mən hamısını əzbər bilirəm. Amma mənə dediyi mahnıları ilk dəfə eşidirdim”.


Müğənni Yalçın Rzazadə 31 dekabr 1946-cı ildə Lənkəran rayonunda ziyalı ailəsində doğulub. 1963-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutuna daxil olub. 1967-ci ildə həmin institutun aktyorluq fakültəsini, 1973-cü ildə isə Üzeyir Hacibəyov adına Azərbaycan Dövlət Konservatoriyasını bitirib. 1979-cu ildə Əməkdar artist, 2000-ci ildə Xalq artisti adına layiq görülüb. Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin vokal və pop musiqi kafedrasının müdiri olub.

Allah rəhmət eləsin...

 

Fidan İlqarqızı

Twitter
Sizə yeni tvit var
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi