Modern.az

Adil Əliyev: “Şəhid ailələri və qazilərin problemləri həll olunur” - MÜSAHİBƏ    

Adil Əliyev: “Şəhid ailələri və qazilərin problemləri həll olunur” - MÜSAHİBƏ    

23 Fevral 2021, 18:50

Milli Məclis Sədrinin müavini, Gənclər və İdman Komitəsinin sədri Adil Əliyev Modern.az-ın suallarını cavablandırıb. Həmin müsabiqəni təqdim edirik.

 

Adil müəllim, Milli Məclisdə hazırda işləriniz necədir? Tez-tez gənclərlə görüş keçirirsiniz. Bilmək istərdik, görüş iştirakçılarının qaldırdıqları məsələlər nədən ibarət olur?

 

Tam səmimi deyə bilərəm ki, Milli Məclisdə işlər hazırda yüksək səviyyədə davam etməkdədir, artıq VI çağırış Milli Məclisin formalaşmasından 1 il vaxt keçib. Bu bir il ərzində Milli Məclis olduqca aktiv şəkildə fəaliyyət göstərir, xəstəlik geniş yayıldığı halda belə Milli Məclis öz fəaliyyətinə fasilə vermədi və hazırda da uğurla davam etdirir.

Ölkədə gənclər siyasətinin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulduqdan sonra gənclər hər zaman diqqət mərkəzində olmuş və ölkəmizin ictimai-siyasi həyatında daha yaxından iştirak etmişlər. Mütəmadi olaraq gənclərin yüksək vəzifələlərə təyin olunmasının əyani şahidi oluruq, eyni zamanda hazırda həmkarlarımızın içərisində gənclərin sayı artmaqdadır. Dövlətimizin əsas priortetlərindən biri də Azərbaycan gəncliyinin inkişaf etdirilməsi, onları narahat edən məsələlərin dərhal həll edilməsindən ibarətdir. Təəssüf ki, bugün hamımızı narahat edən məsələlərdən biri də gənclər arasında işsizlik məsələsidir, bu istiqamətdə çox ciddi işlər görülür və iş yerlərinin sayı artmaqdadır. Lakin, gənclərin təhsilsiz olması və mütəmadi olaraq fərqli iş yerlərində çalışmaları onların peşəkar işçi olaraq yetişmələrinə maneə olur və bu səbəbdən də əmək bazarlarında özlərinə yer tapmaqda çətinlik çəkirlər. Eyni zamanda bu problemin həlli istiqaməti Təhsil Nazirliyinin nəzdində olan Peşə Təhsili üzrə Dövlət Agentliyi, həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Agentliyi sistemli şəkildə fəaliyyət göstərirlər.

 

Gənclərlə yanaşı idmançıları da qəbul edirsiniz, keçirdiyiniz görüşlər zamanı idmançıları əsas narahat edən məsələlər nələrdir və bunların həlli istiqamətində hansı addımlar atılmaqdadır?

İlk növbədə qeyd edim ki, ölkəmiz idman sahəsinə dünyada ən çox deyər verən ölkələrdən biridir və bildiyiniz kimi Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları, habelə Formula 1 kimi beynəlxalq yarışlar ən yüksək səviyyədə təşkil olunmuşdur, habelə “Euro2020” bir sıra oyunlarının ölkəmizdə keçirilməsi planlaşdırılır. İdmançılarımız mütəmadi olaraq ölkə başçısı tərəfindən mükafatlar alır və təltif edilirlər. İdmançılarımızda öz növbələrində məsuliyyətlərini başa düşərək ciddi şəkildə yarışlara hazırlaşmış, beynəlxalq yarışların qalibi olmuş və bayrağımızı dalğalandırmışlar. Hazırda dünyanı bürüyən pandemiya təəssüflər olsun ki, ölkəmizdən də yan keçmədi. Deyərdim ki, pandemiyanın ən çox təsir etdiyi sahələrdən biri də idman sahəsi oldu. Iki gün bundan əvvəl hazırlanmış statistikaya əsasən Covid-19 pandemiyası II Dünya Müharibəsindən bu tərəfə idmana vurulan ən böyük zərbədi. Demək olar ki, bütün idman yarışları təxirə salınmışdır. Eyni zamanda təxirə salınan idman yarışlarının siyahısına baxsaq pandemiyanın idmana olan ciddi təsirini bir daha hiss edə bilərik. Maraqlı olacağını düşündüyüm üçün oxuculara baxmaqlarını tövsüyə edərəm. en.wikipedia.org/wiki/Impact_of_the_COVID-19_pandemic_on_sports

İdman zallarının bağlı qalması, yerli və beynəlxalq yarışların təxirə salınması idmançıların həyatına çox təsir etdi. Təsəvvür edin ki, idmançının yaşının ən yaxşı vaxtıdır və fiziki cəhətdən tam hazırdı. Lakin, nə olimpiya oyunları təşkil edilir, nədə ki, beynəlxalq yarışlar bu artıq idmançıya ciddi şəkildə təsir edir. Təbii ki, anlaşılmalıdır ki, idman zallarının açılması koronovirusla bağlı əldə edilən müsbət dinamikanın itirilməsi ilə yekunlaşa bilər. Şad xəbər isə ondan ibarətdir ki, artıq şükürlər olsun ki, artıq vaksinləşmə prosessi ölkəmizdə çox sürətlə aparılır, ümid edirəm ki, tezliklə bu xəstəlik bitəcək və hər birimiz normal həyatımıza, habelə idmançılarımız zallara qayıdacaqdır.

 

Tez-tez qazilər və şəhid ailələri ilə görüşlər keçirirsiz, onların qaldırdıqları problemlər barədə nə deyə bilərsiniz?

Bilirsiz, ölkəmiz 2020-ci ildə iki böyük sınaqla qarşılaşdı. Bunlardan biri pandemiya, digəri isə Şanlı müharibə idi. 44 gün davam edən vətən müharibəsi nəticəsində 30 illik işğala son qoyuldu. Vətən müharibəsi zamanı qəhrəmanlarla yanaşı, arxa cəbhədə də çox böyük işlər görüldü. Xalqımız ölkə başçısının “Biz birlikdə güclüyük!” şüarını rəhbər tutaraq həm ön cəbhədə, həm də arxa cəbhədə səfərbər oldu və nəticə etibarı ilə xalqımızın tarixinə ən böyük Zəfər yazıldı. Müharibə bitdikdən dərhal sonra Vətən müharibəsinində şəhid olmuş şəxslərin ailə üzvlərinin və qazilərin evlə təmin edilməsi barədə ölkə başçısı Sərəncam imzaladı. Habelə, qayğılarının həll edilməsi istiqamətində “Yaşat” Fondu yaradıldı. Eyni zamanda müvafiq Fərmanla “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”də dəyişiklik edildi və şəhid ailələriylə işləyən struktur bölmə yaradıldı. Sevindirici haldır ki, həmin şöbələri şəhid ailələrinin üzvləri və qazilərin arasından təyin edilir. Bu da onlara müraciətlərə daha həssas yanaşmağa imkan verir. Onların qayğılarının həlli istiqamətində hər birimiz səfərbər olmuşuq, qəbul zamanı qaldırdıqları müraciətləri dərhal həll etməyə çalışırıq. əmindirlər ki, dövlətin daim diqqət və qayğısı ilə əhatə olunublar.

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir