Modern.az

Almaniyanın Keyfiyyət Təşkilatının ekspertləri Bakıya gəliblər

Almaniyanın Keyfiyyət Təşkilatının ekspertləri Bakıya gəliblər

1 Fevral 2010, 14:59

Bu gün Almaniyanın “GFA Consulting Group” təşkilatı və Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə Bakıda təlim kursları başlayıb. Modern.az xəbər verir ki, Dövlət Komitəsinin məlumatına görə, seminarla əlaqədar Almaniyanın Keyfiyyət Təşkilatının ekspertləri Bakıya gəliblər. Onlar Dövlət Komitəsinin mütəxəssisləri üçün “Keyfiyyət nümayəndəsi və keyfiyyət meneceri”nə məxsus xüsusiyyətlər barədə məruzələr edəcək.

Kurslar iki mərhələdən ibarət olacaq. Birinci mərhələ keyfiyyətin idarə edilməsi sistemi, daxili audit və keyfiyyətin idarəedilməsinin tətbiqi, ikinci mərhələ statistik üsullar və keyfiyyətin idarəedilməsinin yolları mövzularına həsr ediləcək. Hər mərhələdən sonra imtahan keçiriləcək. İmtahanı müvəffəqiyyətlə verən iştirakçıya “Keyfiyyət Nümayəndəsi” və “Keyfiyyət Meneceri” şəhadətnaməsi veriləcəkdir.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı